Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək
sizinxeber.az xəbər saytı

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək


Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (biologiya, coğrafiya, fizika, informatika, kimya) dəstək məqsədilə “MS TEAMS” platformasında sınaq imtahanı təşkil olunacaq.

Bu barədə Sizinxeber.az-ya Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib.

Sınaq imtahanının səhifəsi 30 may tarixində saat 10:00-dan başlayaraq 19:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq.

Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı bitən kimi nəticəniz avtomatik olaraq ekranda görünəcək.

"Hörmətli müəllimlər, sınaq imtahanında iştirak etmək üçün əvvəlcədən virtual məktəbdəki (TEAMS) mövcud qrupunuza daxil olub sizə dəvət gəldiyindən əmin olun. Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı üçün əvvəldən qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi mütləqdir", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Magistraturaya qəbul imtahanı modelinə uyğun sınaq imtahanına qeydiyyat müddəti uzadılıb
İctimai səhiyyə üzrə rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq modeli hazırlanıb
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib
Qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək
Ali məktəblərə qəbul imtahanlarının vaxtı məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər