Xankəndidə 51 abituriyent qəbul imtahanı verəcək
sizinxeber.az xəbər saytı

Xankəndidə 51 abituriyent qəbul imtahanı verəcək


Xankəndi şəhərində mayın 25-də 51 abituriyent qəbul imtahanı verəcək və bu işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Məlumata əsasən imtahan Qarabağ Universitetində keçiriləcək.

Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər.

Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə abituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.

Oxşar xəbərlər

Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək
Həftəsonu 54 247 abituriyent qəbul imtahanı verəcək
Bu ərazilərdə ilk dəfə buraxılış imtahanı keçiriləcək
Bu gün hərbi liseylərə qəbul imtahanı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle