Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi mayın 25-də II və III, iyunun 1-də isə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirəcək.
Bu il qəbul imtahanları respublikamızın 24 şəhər və rayonunda təşkil olunacaq. Sevindirici haldır ki, Dövlət İmtahan Mərkəzi həm mayın 25-də, həm də iyunun 1-də Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır.
İmtahanlar Qarabağ Universitetində təşkil olunacaq. İmtahanlarda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məkətbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndi şəhərində verəcəklər. Mayın 25-də keçiriləcək imtahanda 51, iyunun 1-də keçiriləcək imtahanda isə 21 abituriyentin iştirakı nəzərdə tutulur.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2023-cü ildən etibarən işğaldan azad olunan bölgələrdə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlayıb. İlk buraxılış imtahanı Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində keçirilib. Daha sonra Laçın (Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbi), Füzuli (M.Uluqbəy adına 1 nömrəli məktəb) və Ağdərədə (Talış kənd tam orta məktəbi), 2025-ci ildə isə Şuşa (1 nömrəli tam orta məkətb), Xankəndi (4 nömrəli tam orta məktəb), Xocalı (1 nömrəli tam orta məktəb), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb) və Laçında (Sus kənd tam orta məktəbi) ilk dəfə buraxılış imtahanları keçirilib.
Oxşar xəbərlər
Bu gün Xocalı, Xankəndi və Şuşada ilk dəfə buraxılış imtahanı keçiriləcək
Bu ərazilərdə ilk dəfə buraxılış imtahanı keçiriləcək
Mayın 25-də II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak üçün qeydiyyat bu gün başa çatır
Qəbul imtahanlarının 2-ci mərhələsinin 1-ci cəhdinin vaxtı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











