Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
sizinxeber.az xəbər saytı

Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Eylül Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

"Sizinxeber.az" xəbər verir ki, sənəddə balanslaşdırılmış iştiraka yönəlmiş tələbə mübadiləsi proqramları, təhsil və tədqiqat əməkdaşlığını inkişaf etdirmək üçün akademik heyət mübadiləsi, dərs materialları, elmi nəşrlər və digər tədris resurslarının paylaşılması, birgə tədqiqat layihələrinin araşdırılması, tədris və tədqiqat metodologiyalarının inkişafı, bilik və təcrübə mübadiləsi üçün akademik tədbirlərin təşkili nəzərdə tutulub.

Bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun qarşısına qoyduğu məqsədlərdən biri də ali təhsil müəssisəsinin beynəlxalq miqyasında tanınmasına, eyni zamanda, dünya təcrübəsindən istifadə edərək yüksəkixtisaslı kadrlar hazırlanmasına nail olmaqdır. Bu istiqamətdə Aİİ ilahiyyat sahəsində tanınmış dünya universitetləri ilə əlaqələr yaradır, ikitərəfli əməkdaşlığa dair memorandumlar və müqavilələr imzalayır.

Hazırda əməkdaşlıq müqavilələri çərçivəsində Aİİ-nin tələbələri xarici ölkə universitetlərində ilahiyyat sahəsi üzrə təhsillərini davam etdirirlər.

Oxşar xəbərlər

İlahiyyat İnstitutu və Ərzincan Binəli Yıldırım Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
Bakıda dini təhsilə həsr edilən beynəlxalq simpozium keçiriləcək
Gündüz İsmayılov: Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır
İlahiyyat İnstitutu ilə ABŞ-nin Briqam Yanq Universiteti arasında memorandum imzalanıb
Dini Komitənin sədri İğdır və Qarsa səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər