Türk dövlətlərinin Süni İntellekt İnstitutunun yaradılması təklif olunur
Türk dövlətlərinin Süni İntellekt İnstitutunun yaradılması təklif olunur.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Bakıda Beynəlxalq Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sosioloji tədqiqat nəticələrinin təqdimatına həsr edilmiş beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, belə bir institutun mərkəzi Bakı ola bilər:
"Eyni zamanda türk dövlətlərinin ortaq təhsil proqramlarının hazırlanması xüsusi əhəmiyyətlidir. Bu, hətta ortaq universitetlərdən də vacibdir.
Bununla bərabər, Elm Fondu ilə bağlı düşüncələrə meydan verməyin də vaxtıdır. Çünki tədqiqatların coğrafiyası çox dardır".
Oxşar xəbərlər
Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif olunub
Türk dövlətləri üzrə elmi-sosioloji tədqiqat layihəsinin nəticələri açıqlanıb
Qırğızıstanda türk dövlətlərinin süni intellekt üzrə sammiti keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
