Türk dövlətləri üzrə elmi-sosioloji tədqiqat layihəsinin nəticələri açıqlanıb
- 21-04-2025, 12:00
- Siyasət / Daxili siyasət
- 0
- 1 106
“Türk Barometri 2024 - Türk Dövlətlərində Təhsil və Elm Sahəsində Əməkdaşlıq: Mövcud Reallıqlar və Gələcəyə Baxış” adlı elmi-sosioloji tədqiqat layihəsinin nəticələri açıqlanıb.
"Report" xəbər verir ki, nəticələr barədə Bakıda Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda məlumat verilib.
Qeyd edilib ki, Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin prioritetlərini müəyyən edən zaman türk dünyasının gücləndirilməsi və türk dövlətləri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən biri hesab edilir.
Türk Dövlətləri Təşkilatının himayəsində yaradılan Beynəlxalq Türk Akademiyası tərəfindən "Türk Dünyası 2040 Vizyonu" sənədində göstərilən hədəflərə uyğun olaraq, üzv ölkələr arasında hər il "Türk Barometri" adlı genişmiqyaslı beynəlxalq tədqiqat həyata keçirilir. Bu tədqiqatın Azərbaycan üzrə icraçısı Sosial Tədqiqatlar Mərkəzidir.
Ötən il Mərkəzin iştirakı ilə aparılan “Türk Barometri 2024: Türk Dövlətlərində Təhsil Sahəsində Əməkdaşlığa Münasibət” adlı tədqiqatın nəticələrinə dair hesabatda elm adamlarının, müəllimlərin və təhsil siyasətini formalaşdıran şəxslərin baxışları nəzərə alınaraq türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıqla bağlı mövcud yanaşmalar təhlil edilib.
Bundan əlavə, tədqiqat çərçivəsində ortaq təhsil və elm siyasətinin formalaşdırılması, türk dövlətləri arasında ortaq tədris proqramlarının hazırlanması, akademik, müəllim və tələbə mübadilə proqramlarının təşkili, elmi tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də təhsil proqramlarının hazırlanması istiqamətlərində birgə əməkdaşlığa dair ictimai meyillər araşdırılıb.
Türk dövlətlərindən olan tədqiqat qrupunun üzvləri nəticələri konfrans iştirakçılarına təqdim edib.
Türk Akademiyası adından layihənin ümumi koordinatoru professor Əbülfəz Süleymanlı araşdırma nəticələri haqqında geniş məlumat verərək tədqiqatın türk dövlətləri elm və təhsil əlaqələrinin çox tərəfli aspektlərini əhatə etdiyini qeyd edib.
Konfransın yekununda təhsil siyasətləri, akademik mübadilə proqramları, birgə tədqiqat layihələri və institusional əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />