Şimali Makedoniya Prezidenti ADA Universitetində tələbələrlə görüşüb
sizinxeber.az xəbər saytı

Şimali Makedoniya Prezidenti ADA Universitetində tələbələrlə görüşüb


Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də ADA Universitetində tələbələrlə görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, Qordana Silyanovska-Davkova çıxışında iki ölkə arasındakı dostluq əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

O, Azərbaycan və Şimali Makedoniya arasında geniş əməkdaşlıq potensialının olduğunu qeyd edərək, xüsusilə təhsil, iqtisadiyyat və mədəni sahələrdə əlaqələrin inkişafına diqqət çəkib.

Daha sonra Prezident regiondakı geosiyasi vəziyyət, Şimali Makedoniyanın beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı fikirlərini bölüşüb. O, ölkəsinin Avropa ilə əlaqələrinin möhkəmləndirilməsinə dair atılan addımlardan danışıb və Azərbaycanın beynəlxalq arenada artan rolunu yüksək qiymətləndirib.

Görüş interaktiv şəkildə davam edib və Prezident Qordana Silyanovska-Davkova tələbələrin suallarını cavablandırıb.

Gənclərlə açıq dialoq aparan dövlət başçısı onların gələcək planları, təhsil imkanları və ikitərəfli münasibətlərin perspektivləri ilə maraqlanıb.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Oxşar xəbərlər

Azərbaycan lideri Şimali Makedoniya Prezidenti ilə görüşüb - YENİLƏNİB
İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb - YENİLƏNİB
İlham Əliyevin Şimali Makedoniya Prezidenti ilə təkbətək görüşü olub - YENİLƏNİB
Azərbaycan və Şimali Makedoniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
Şimali Makedoniya Prezidenti Azərbaycanla diplomatik pasport sahibləri üçün vizanın ləğvini təklif edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər