Bir həftə ərzində 4000 şagirdin yerdəyişməsi baş tutub
Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.
Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Sizinxeber.az-ya verilən məlumata görə, fevralın 25-dən etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib.
Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–X sinifləri əhatə edir.
Bu günə qədər 9000-dən çox müraciət portala daxil edilib, 4000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Oxşar xəbərlər
Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı diqqət edilməli məqamlar açıqlanıb
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb
Şagirdlərin elektron yerdəyişməsinin vaxtı açıqlanıb
Şagirdlərin elektron yerdəyişməsi prosesinin başlanacağı vaxt açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
