13
iy
2026
00:00
yuxarı
Bakıda yaşayış binasında yanğın oldu - Video
Bakıda yaşayış binasında yanğın oldu - Video
Paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın baş verib.
Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində çoxmərtəbəli yaşayış binasının zirzəmisində elektrik sayğacları quraşdırılan hissədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
