Çində zooparkdan 100-dən çox heyvanı sel aparıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
iy
2026
07:50
ff

Çində zooparkdan 100-dən çox heyvanı sel aparıb

10 iy, 2026
07:50
242

Çində zooparkdan 100-dən çox heyvanı sel aparıb

Çinin Quansi-Çjuan Muxtar Rayonunda güclü daşqın nəticəsində zooparkdan 100-dən çox heyvanı sel aparıb.

Bu barədə "Pengpai" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Quyqan şəhər dairəsində yerləşən zooparkın ərazisi demək olar ki, tamamilə su altında qalıb.

"Ot yeyən heyvanların hamısı sel suları ilə aparılıb", – deyə məlumatda qeyd olunub.

Qəfəslərdə olan bəzi yırtıcı heyvanlar, o cümlədən üç şir isə ölüb. İlkin hesablamalara görə, zooparka dəyən ziyan 4 milyon yuan, təxminən 590 min ABŞ dolları təşkil edir.

Bizimlə əlaqə saxlayın

×
×