Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 20-də peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini (qanunvericilik üzrə) keçirəcək.
DİM-dən "Report"a bildirilib ki, imtahan vermək üçün 1 462 nəfər müraciət edib.
İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.
Namizəd imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat buraxılış vərəqəsində göstərilib) və özü ilə aşağıda qeyd olunan sənədləri gətirməlidir:
- Şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əsli;
- İmtahana buraxılış vərəqəsi.
Üç saat davam edən imtahanda peşəkar mühasib sertifikatı növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur.
Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası”da yerləşdirilib. DİM imtahan iştirakçılarından yaddaş kitabçası ilə mütləq tanış olmağı xahiş edir.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 131 nəzarətçi,17 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
Oxşar xəbərlər
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Peşəkar mühasib sertifikatı üçün test imtahanının I mərhələsi keçirilib
Peşəkar mühasib sertifikatı üçün test imtahanının I mərhələsi keçirilib - YENİLƏNİB
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirilib - YENİLƏNİB
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













