Son iki ildə 46 mindən çox gənc “İrəli”nin layihələrinə cəlb edilib
sizinxeber.az xəbər saytı

Son iki ildə 46 mindən çox gənc “İrəli”nin layihələrinə cəlb edilib


Ötən iki il ərzində 46 mindən çox gənci layihələrimizə cəlb etmişik.

"Report" xəbər verir ki, bunu "İrəli" İctimai Birliyinin sədri Şahin Rəhmanlı birliyin IX hesabat-seçki konfrası zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, "İrəli" İctimai Birliyi son iki il ərzində tədbir və mədəni fəaliyyətlər istiqamətində genişmiqyaslı işlər görüb:

"Birliyimiz son iki ildə 40-dan çox tədbir keçirib və 8 düşərgə təşkil edib. 52 media qurumu, 100-dən çox dövlət, qeyri-hökümət və özəl qurumlar ilə əməkdaşlığımız var. Onların dəstəyi ilə 50-dən çox regionda olan gənclərə çata bilmişik".

Qeyd edək ki, "İrəli" İctimai Birliyi 26 avqust 2005-ci ildən fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi Azərbaycanın inkişaf yolunda aparılan siyasətin həyata keçirilməsində birbaşa gənclərin iştirakına şərait yaratmaq eləcə də gənclərin fərdi inkişafında yardımçı olmaqdır.

Oxşar xəbərlər

Bu gün AFFA-ya yeni prezident seçiləcək
“Yay Fest” çərçivəsində COP29 könüllüləri üçün düşərgə təşkil olunub
Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb
COP 29 könüllüləri üçün festival təşkil olunub - FOTO
COP 29 könüllüləri üçün festival təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle