64 nəfər məktəb direktorunun yeni tədris ilində müqaviləsi uzadılmadı
Çalışmanın yaş həddinə çatmış direktorların fəaliyyətləri ilə bağlı araşdırma aparılıb.
Bu barədə "Sizinxeber.az"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalar nəticəsində ümumi təhsil müəssisələrində bəzi çatışmazlıq və nöqsanlar, eyni zamanda şagirdlərin nəticələrində geriləmələr müşahidə edilib.
Nəticədə ölkə üzrə ümumilikdə 64 nəfər məktəb direktorunun 2024-2025-ci tədris ili üzrə müqavilələrinin uzadılmaması qərara alınıb.
Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.
Oxşar xəbərlər
Nöqsanlara görə 64 məktəb direktorunun müqaviləsi uzadılmayıb
Yeni tədris ilində Bakı məktəblərində yarım milyondan çox şagird təhsil alacaq
MÜTDA I sinfə qəbulla əlaqədar valideynlərə çağırış edib
Bu günə qədər 71 000-ə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib
Bu il 127 mindən çox uşaq I sinfə qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













