Bu il 127 mindən çox uşaq I sinfə qəbul edilib
Mayın 1-dən bu günə qədər ümumilikdə 127 mindən çox uşaq I sinfə qəbul edilib.
Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, 2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir.
Agentlik valideynlərə müraciət edərək bildirib ki, tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyəti vacibdir.
"Bunu nəzərə alaraq övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər", - müraciətdə qeyd olunub.
Oxşar xəbərlər
MÜTDA I sinfə qəbulla əlaqədar valideynlərə çağırış edib
Bu günə qədər 71 000-ə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib
MÜTDA: 71 minə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
