Nöqsanlara görə 64 məktəb direktorunun müqaviləsi uzadılmayıb
sizinxeber.az xəbər saytı

Nöqsanlara görə 64 məktəb direktorunun müqaviləsi uzadılmayıb


64 nəfər məktəb direktorunun yeni tədris ilində müqaviləsi uzadılmayıb.

Bu barədə Sizinxeber.az-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində nəzarət tədbirləri davam etdirilir: “Belə ki, çalışmanın yaş həddinə çatmış direktorların fəaliyyətləri ilə bağlı araşdırma aparılıb. Aparılan araşdırmalar nəticəsində ümumi təhsil müəssisələrində bəzi çatışmazlıq və nöqsanlar, eyni zamanda şagirdlərin nəticələrində geriləmələr müşahidə edilib.

Nəticədə ölkə üzrə ümumilikdə 64 nəfər məktəb direktorunun 2024-2025-ci tədris ili üzrə müqavilələrinin uzadılmaması qərara alınıb.

Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir”.

Oxşar xəbərlər

Nöqsanlara görə 40-dan çox bağçanın müdiri işdən çıxarılıb
MÜTDA: 71 minə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib
BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 513 mindən artıq şagird təhsil alacaq
Ölkə üzrə I siniflərə 132 261 uşaq qəbul olunub
Bu günə qədər I sinfə 127 mindən çox uşaq qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər