Cəlilabad və Masallıda “Məktəblinin dostu” vəzifəsinə işçi qəbulu elan olunub
Cəlilabad və Masallıda “Məktəblinin dostu” vəzifəsinə işçi qəbulu elan olunub.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, vakansiyaya müraciət üçün ali təhsil, 21-30 yaş aralığı, Azərbaycan dilində səlis danışmaq tələb olunur. Həmçinin xarici dil bilikləri olanlara üstünlük veriləcək.
Cəlilabad və Masallı şəhərləri üzrə elan olunmuş vakansiyalara kişi və qadın namizədlər müraciət edə bilərlər. Kişi namizədlər mütləq hərbi bilet təqdim etməlidirlər. Tələblərə uyğun namizədlər test imtahanı mərhələsində iştirak edəcəklər.
İmtahanda məntiq və ümumi dünyagörüşünə, ilkin psixoloji dəyərləndirməyə, təhsil qanunvericiliyinə aid bilikləri yoxlamaq məqsədilə suallar təqdim olunacaq.
İşə müraciət üçün aşağıdakı linkə daxil olaraq anketi doldurmaq lazımdır.
()
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
