Sabah şagirdlərin yerdəyişməsi prosesi dayandırılacaq
Şagirdlərin elektron yerdəyişməsində valideynlər üçün elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi sabah - 30 avqust saat 18:00-da dayandırılacaq.
"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, yerdəyişmə prosesinə II – IX və XI sinif şagirdləri üçün 8 avqust 2024-cü il saat 15:00-dan, X siniflər üçün isə 15 avqust 2024-cü il saat 15:00-dan etibarən başlanılıb. Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.
Oxşar xəbərlər
Avqustun 30-u şagirdlərin yerdəyişməsi prosesi dayandırılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesi başlayıb - YENİLƏNİB
Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
