Məhkəmə sabiq direktorun iddialarını təmin etməyib
sizinxeber.az xəbər saytı

Məhkəmə sabiq direktorun iddialarını təmin etməyib


Əmək müqaviləsinə xitam verilmiş Xətai rayonu 25 nömrəli məktəbin sabiq direktoru Şərifova Fəridə Siyavuş qızı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib.

Sizinxeber.az-nın əldə etdiyi məlumata görə, iddia tələbi Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qətnaməsi ilə təmin edilməyib.

Daha sonra sabiq direktor apellyasiya məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli qərarı ilə şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanıb.

MÜTDA faktı Sizinxeber.az-ya təsdiqləyib.

Qeyd edək ki, iddialara görə, Fəridə Şərifova fəaliyyəti dövründə müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verib və vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Oxşar xəbərlər

İşə bərpa olunma tələbi ilə məhkəməyə müraciət edən baxça müdirinin iddiası təmin edilməyib
Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini rədd edib
Sabiq gömrük əməkdaşları barəsində hökmlərdən kassasiya protestləri verilib
Kredit mübahisələrinə dair məhkəmə təcrübəsi müəyyən edilib
Məhkəmə işçi və işəgötürən mübahisələrinə dair qərar verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər