İşğaldan azad olunan ərazilərdə buraxılış imtahanı keçirilib
sizinxeber.az xəbər saytı

İşğaldan azad olunan ərazilərdə buraxılış imtahanı keçirilib


Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan Xankəndi, Şuşa, Xocalı, Laçın, Kəlbəcər və Ağdam şəhər və rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Sizinxeber.az-nın Qarabağ bürosunun xəbərinə görə, imtahanlar Xankəndi şəhəri 4 nömrəli, Xocalı şəhəri 1 nömrəli, Şuşa şəhəri 1 nömrəli, Laçın şəhəri 2 nömrəli, Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayonunun Kəngərli kənd tam orta məktəblərində təşkil olunub.
İşğaldan azad olunan ərazilərdə 6 imtahan binasında keçirilən imtahanlarda ümumilikdə 105 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 6 bina nümayəndəsi, 6 imtahan rəhbəri və 8 zal nəzarətçisi cəlb olunub.
İmtahan bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edib. Bütün məntəqələrdə imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbində buraxılış imtahanları bu il ilk dəfə keçirilib.

Oxşar xəbərlər

Şuşa, Xankəndi və Xocalıda ilk dəfə orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib
Şuşa, Xankəndi və Xocalıda ilk dəfə orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir
Bu gün Şuşa, Xankəndi və Xocalıda ilk dəfə buraxılış imtahanı keçirilir
Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək
Bu gün Xocalı, Xankəndi və Şuşada ilk dəfə buraxılış imtahanı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər