Naxçıvanda yeni uşaq bağçaları və müasir məktəb binalarının tikintisi nəzərdə tutulur
“Naxçıvanda yaxın illərdə daha 10-a yaxın uşaq bağçasının və bir neçə müasir məktəb binasının tikintisi nəzərdə tutulur”.
“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov jurnalistlərə müsahibəsində bildirib.
O qeyd edib ki, bu ilki qəbul imtahanlarında 104 abituriyent 600-700 intervalında bal toplayıb. Eyni zamanda Naxçıvan məktəbləri buraxılış imtahan nəticələrinə görə ölkə üzrə bölgələr arasında ən yüksək göstəricilər baxımından ikinci yerdə qərarlaşıb.
“Təhsilin idarəolunmasında şəffaflığın təmin olunması, bərabər imkanların yaradılması, respublika və beynəlxalq olimpiadalarda göstəricilərin yaxşılaşdırılması Səlahiyyətli Nümayəndəlik tərəfindən qarşımıza qoyulan ən vacib tapşırıqlardandır”.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
