BŞTİ: MİDA-da yerləşən yeni bağçanın fəaliyyətə başlaması üçün prosedurlar tamamlanıb
sizinxeber.az xəbər saytı

BŞTİ: MİDA-da yerləşən yeni bağçanın fəaliyyətə başlaması üçün prosedurlar tamamlanıb


MİDA Yasamal Yaşayış Kompleksində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) yeni təhvil aldığı 351 nömrəli körpələr evi-uşaq bağçasının müvafiq qaydalara uyğun olaraq fəaliyyətə başlaması üçün zəruri prosedurlar tamamlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq BŞTİ-dən məlumat verilib.

Qeyd olunub ki, valideynlər bu gün saat 11:00-dan etibarən www.bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Həmçinin vurğulanıb ki, həmin ərazidə 345 nömrəli körpələr evi-uşaq bağçası da fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi və şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilir.

Xatırladaq ki, ərazidə yaşayan sakinlər 2 ilə yaxındır təmir olunan bağçanın fəaliyyətə başlamaması ilə bağlı sosial şəbəkədə görüntülər paylaşıblar.

Oxşar xəbərlər

BŞTİ: Uşaq bağçasında kommunal problemlərə dair iddialar araşdırılıb
Bakıda bağçada bir sıra ciddi nöqsanlar aşkarlanıb, müdir işdən azad edilib
Yeni tədris ilindən Yasamal və Naftalanda məktəbəqədər təhsil müəssisələri fəaliyyətə başlayacaq
BŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 80 mindən çox şagird bitirir
Bərdədə uçqun uşaq bağçasının inzibati binasında baş verib?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle