Alim Bermud üçbucağının sirrini açıqlayıb
sizinxeber.az xəbər saytı

Alim Bermud üçbucağının sirrini açıqlayıb


Avstraliyalı tədqiqatçı Karl Kruşelnitski Bermud üçbucağı fenomeninin izahını tapdığını bildirib.

“Report” xəbər verir ki, bu barədə “Popular Mechanics” jurnalı məlumat yayıb.

Kruşelnitskinin sözlərinə görə, bu regionda gəmi və təyyarələrin yoxa çıxmasında müəmmalı heç nə yoxdur. Onun hesablamalarına görə, Bermud üçbucağında itmiş gəmi və təyyarələrin payı dünya okeanının digər əraziləri üzrə orta göstəricidən fərqlənmir.

Alim Bermud üçbucağında mütəmadi olaraq təyyarə qəzaları və gəmi qəzalarının baş verdiyini inkar etmir. Lakin onun fikrincə, insidentlərin çoxluğu gəmiçilik və aviasiya üçün də çətin hesab edilən bu ərazidə nəqliyyatın intensivliyinin yüksək olması ilə bağlıdır.

Oxşar xəbərlər

Azərbaycanda ötən il dövlət reyestrindən 5 gəmi çıxarılıb
Konqo DR-nin şərqində 78 nəfər gəmi qəzasında həlak olub
ASCO-nun “Professor Gül” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
Qaraçaydan çınqıl-qum qarışığı götürən vəzifəli şəxslər cərimələnib
Bulvarda gəmi gəzintisinə START VERİLƏCƏK - Qiymətlər DƏYİŞƏCƏK?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle