Nazir müavini: Hər bir tələbə üçün informasiya resurslarına əlçatanlıq təmin olunub
sizinxeber.az xəbər saytı

Nazir müavini: Hər bir tələbə üçün informasiya resurslarına əlçatanlıq təmin olunub


Bu gün Azərbaycanda kitabxana modeli dəyişib.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Azərbaycan Texniki Universiteti Kitabxana İnformasiya Mərkəzinin açılışında deyib.

Onun sözlərinə hazırda kitabxanaların texnoloji avadanlıqlarla təmin edilməsi oxucular üçün çox böyük üstünlükdür:

"Bu gün ölkəmizdə artıq beynəlxalq standartlar səviyyəsində Kitabxana İnformasiya Mərkəzləri qurulur. Hər bir tələbə üçün informasiya resurslarına əlçatanlıq təmin olunub. 80-ci illərdə kitabxanalarda ya hansısa kitablar tapılmırdı, ya da tapılan kitabların müəyyən səhifələri oxucular tərəfindən cırılırmış vəziyyətdə olurdu".

İ.İsayev qeyd edib ki, Kitabxana İnformasiya Mərkəzində yaradılan təhlükəsizlik sistemi bütün bu problemləri kökündən həll edir və Azərbaycanda kitabxana modelini yeni mərhələyə daşıyır.

Oxşar xəbərlər

Bakıda beynəlxalq standartlar səviyyəsində qurulan Kitabxana İnformasiya Mərkəzi açılıb
Bakıda kitabxana yanıb
Xaçmazda kitabxana yanıb
Türkiyədə tarixi kitabxana yanıb
ADA Universiteti və Respublika Uşaq Kitabxanası arasında Memorandum imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər