Göyçayda Şirvan suvarma kanalı yarılıb, su kənd ərazisinə axır
sizinxeber.az xəbər saytı

Göyçayda Şirvan suvarma kanalı yarılıb, su kənd ərazisinə axır


Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi yarılıb.

“Sizinxeber.az”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Lək kəndi ərazisində baş verib.

Suvarma kanalının torpaq qatı 3-4 metr yarılıb, hazırda su kəndə doğru axır. Əraziya Şirvan suvarma kanalının canlı qüvvəsi və ağır texnikası cəlb edilib.

Hazırda kanalın yarılan hissəsinin bərpası işləri görülür. Əraziyə polis əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

Fəsadın aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçrilir.

Oxşar xəbərlər

“Boztəpə” suvarma kanalı yenidən qurulur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər