Meteo.az mobil tətbiqi test rejimində istifadəyə verilib
Azərbaycanda faktiki və gözlənilən hava şəraiti ilə bağlı məlumatları operativ əldə etmək və izləmək məqsədilə Milli Hidrometeorologiya Xidməti tərəfindən meteo.az mobil tətbiqi test rejimində istifadəyə verilib.
"Report" xəbər verir ki, bunu Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, tətbiq vasitəsilə ölkə ərazisində mövcud və gözlənilən hava şəraiti, temperatur, küləyin sürəti və istiqaməti, atmosfer təzyiqi, rütubət eyni zamanda təhlükəli hava ilə bağlı xəbərdarlıqlar haqqında məlumatlar təqdim olunur: “Tətbiqdə qısamüddətli proqnozlarla yanaşı həftəlik hava proqnozları da qeyd olunur”.
Xidmət rəsmisinin sözlərinə görə, “meteo az” mobil tətbiqi hazırda İOS platforması üzərindən fəaliyyət göstərir, yaxın vaxtlarda "Android" versiyası da ictimaiyyətin istifadəsinə veriləcək.
“Qeyd edək ki, hazırda test rejimində işləyən mobil tətbiqlə bağlı təklif və fikirlərinizi “tənzimləmələr” bölməsində “Bizə bildir” hissəsində və ya [email protected] poçt ünvanına yaza bilərsiniz”.
Oxşar xəbərlər
E-Polis tətbiqi istifadəyə verildi: nələri yoxlamaq olar?
Növbəti iki gündə gözlənilən hava şəraiti ilə bağlı əhaliyə çağırış edilib
14-15 yanvar tarixlərində qar yağacaq? – RƏSMİ AÇIQLAMA
Gələcəkdə təcili yardımı mobil tətbiq üzərindən çağırmaq mümkün olacaq
Küləkli hava şəraiti ilə bağlı növbəti dəfə sarı xəbərdarlıq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













