Gələcəkdə təcili yardımı mobil tətbiq üzərindən çağırmaq mümkün olacaq
Gələcəkdə e-tebib mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaq mümkün olacaq.
Bu barədə “Sizinxeber.az”un sualını cavablandıran "Rəqəmsal Tibbi Həllər" MMC-nin Proseslərin idarəedilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin müdiri Vüqar Ramazanov deyib.
O qeyd edib ki, mobil tətbiqdə görüntü və səs göndərilməsi funksiyasının olması planlaşdırılır.
Şöbə müdiri həmçinin əlavə edib ki, hazırda çağırış briqadalarının iş prosesini tam şəkildə avtomatlaşdıracaq elektron sistemin test versiyanın pilot rejimdə tətbiq edilməsi nəzərdə tutulub:
"Bu sistem daşınabilən cihazlar-planşetlər, mobil telefonlar üzərindən istifadə edilir. Eyni zamanda 103 Çağrı Mərkəzi ilə briqada arasındakı kommunikasiya bu sistem üzərindən həyata keçiriləcək.
Sistemin digər bir üstünlüyü ambulans sürücülərinin işini rahatlaşdırmaqdan ibarətdir. Artıq onlar xəstənin olduğu məkan barəsində məlumatı avtomatik koordinatlara əsasən əldə edərək onlara təqdim edilən yol idarəetmə interfeysinin dəstəyi ilə ən tez zamanda xəstənin olduğu məkana çata bilərlər".
V.Ramazanov bu çərçivədə digər yeniliklər haqqında da məlumat verib:
"Yeniliklər arasında çağırışlar zamanı məsafədən tibbi dəstəyin göstərilməsi ilə bağlı da imkanların yaradılması var. Müvafiq yenilik vasitəsilə ehtiyac yaranan hallarda briqada həkimləri 7/24 onlayn rejimdə çalışacaq ixtisaslı həkimlərə sistem üzərindən müraciət edə bilərlər. Biz əminik ki, bu yenilik olduqca effektiv nəticələr verəcək”.
Oxşar xəbərlər
“SİMA İmza” ilə olduğun yerdən mikrokredit əldə et!
“Birbank” Ani Ödənişlər Sisteminə qoşulub
“SİMA İmza” ilə “Azpulmat”da kreditini anında rəsmiləşdir!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
