Bakının mərkəzində tikinti altına düşən yaşıllıqlar köçürüləcək
Bakı Dəmiryol Vağzalı və 28 May metrostansiyasının qarşısında abadlıq-quruculuq işləri aparılan ərazidə tikinti altına düşən yaşıllıqlar köçürüləcək.
"Report" xəbər verir ki, bunu “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin mühəndisi Ariz İsmayılov Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, tikinti işlərinə görə 10 şam ağacı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ətraf ərazilərinə köçürüləcək: “Beton hissələrə düşən yaşıllıqlar kiçik parametrli və köçürülməyə uyğun ağaclardır. Tikinti zamanı həmin bölgədəki yaşıllıq ərazilərə dəyən ziyanı minimum səviyyəyə endirməyə çalışırıq. Ekoloji mühiti qorumaq üçün 2 400 kvadratmetri yaşıllıqlardan ibarət olan 3.5 hektar ərazini əhatə edən park tikilir. Parkda tikilən ağaclar Bakı iqliminə uyğun növlərdir”.
Oxşar xəbərlər
Bakıda 6 ayda inşaat işlərinin 89 %-ni özəl tikinti şirkətləri yerinə yetirib
Prezident “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
