Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
Qazaxıstanın Manqistau vilayətinin Fort Şevçenko şəhəri yaxınlığında Xəzər dənizi sahilində 117 ölü suiti aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin balıqçılıq komitəsi məlumat yayıb.
Qeyd olunub ki, ölmüş heyvanlar Tupkaraqan rayonunda Fort Şevçenko şəhərinin Asan, Mıs Bautin və Mıs Urdyuk ərazilərində tapılıb:
“Cəsədlərin parçalanmasına baxsaq, tapılan suitilər ötən ilin noyabr-dekabr aylarında ölüb. Suiti səcədləri yığılaraq sanitar normalara riayət etməklə poliqonda məhv edilib”.
Vurğulanıb ki, 2024-cü ilin noyabrından tapılan ölü suitilərin ümumi sayı 2194-ə çatıb.
Xəzər suitisi endemikdir və bu dənizin faunasında məməlilərin yeganə nümayəndəsidir. Onun əsas qida mənbəyi balıqlar, əsasən kilkə, aterinkimilər, həmçinin molyuska və krevetlərdir. Bu heyvanların yaşam tərzi mövsümi miqrasiya ilə xarakterizə olunur: onlar qışda dənizin şimal hissəsində cəmləşir, istilərin başlaması ilə Orta və Cənubi Xəzər dənizinə köç edirlər.
Oxşar xəbərlər
Qazaxıstanın Xəzər sahillərində 80-dən çox ölmüş suiti tapılıb
Xəzər dənizinin Xaçmaz rayonu sahilində suiti cəsədləri aşkar olunub
ABŞ-nin Fort-Stüart bazasında iki hərbçi ölüb
Biləsuvarda ümumi məhsul istehsalı artıb
Xidmət rəsmisi: Ən yüksək rütubət Xəzər dənizinin şimalında və cənubunda olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
