Qazaxıstanın Xəzər sahillərində 80-dən çox ölmüş suiti tapılıb
Qazaxıstanın Mangistau vilayətinin Tupkaraqan rayonunda Xəzər dənizinin sahilinə vurmuş 88 suiti cəsədi tapılıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə bu gün Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsi məlumat yayıb.
Məlumata görə, suiti cəmdəkləri aprelin 29-da sahilyanı monitorinqlər zamanı aşkar edilib. “Qırmızı kitab”a daxil edilmiş heyvanların tələf olması faktı ibtidai araşdırmaların vahid reyestrində qeydə alınıb.
“Qazaxıstan Hidrometeorologiya Xidmətinin məlumatına görə, ötən müddət ərzində regionun akvatoriyasında qərb küləyi üstünlük təşkil edib ki, bu da suitilərin cəsədlərini sahilə çıxarıb. Hidrobiologiya və Ekologiya İnstitutundan verilən məlumata görə, heyvanların cəmdəkləri çürümə prosesinin ağır mərhələsindədir”, - Komitənin məlumatında deyilir.
Müvafiq olaraq, suitilərin ehtimal olunan ölümündən xeyli vaxt (2-3 həftə) keçdiyindən heyvanların ölüm səbəblərini müəyyən etmək çətindir.
Cəmdəklər sanitar normalara uyğun olaraq Tupkaraqan rayon poliqonunda toplanaraq utilizasiya edilib. Xəzər dənizinin sahil zolağının monitorinqi davam edir.
Oxşar xəbərlər
Xəzər dənizinin Xaçmaz rayonu sahilində suiti cəsədləri aşkar olunub
Kəlbəcərdə heyvan cəsədlərinin görüntüləri ilə bağlı araşdırma başlanıb - RƏSMİ
Kəlbəcərdə ovlandığı iddia olunan heyvan cəsədlərinin görüntüləri ilə bağlı araşdırma başlanıb - RƏSMİ
Qanunsuz ov ətləri ilə bağlı restoranlara son xəbərdarlıq edilib
Bolqarıstanda heyvanların müdafiəsi ilə bağlı kütləvi etirazlar keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












