Gəncədə ağacların qurumasının səbəbləri açıqlanıb
sizinxeber.az xəbər saytı

Gəncədə ağacların qurumasının səbəbləri açıqlanıb


Hazırda Gəncədə inventarlaşdırılan və götürülməsinə başlanılan ağacların 70 faizi bioloji inkişafdan qaldığından, 30 faizi isə xəstəlik, iqlim dəyişikliyi və s. səbəblərdən quruyub.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, bunu Gəncə şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin baş aqronomu Rizvan Quliyev bildirib.

Onun sözlərinə görə, bioloji inkişafdan dayanmış, qurumuş ağacların etiketlənməsi onların öz başına kəsilməsinin qarşısını alacaq:

"Bu, bir növ ağacların sığortalanmasıdır. Həmin etiketlər yeni ağaclara taxılacaq. Gəncə şəhərində yaşıllıqların ərazisi 2002 hektar təşkil edir. Bu yaşıllıqların qorunması, sahəsinin artırılması əhəmiyyətlidir".

Oxşar xəbərlər

Üç dövlət qurumu Gəncədə monitorinq keçirib, 500-dən çox ağac götürüləcək, yenisi əkiləcək
Qurumuş Eldar şamı ağaclarına baxış keçirilir
Mirsalam Qənbərov: Gəncəni yaşıllıqla zəngin və estetik şəhərə çevirmək istəyirik
Gəncədə 10 200 ədəd ağac əkilib - FOTO
Gəncədə qurumuş və qəzalı ağacların inventarlaşdırılmasına başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər