Deputat: Müəllimlər yaşadığı yerlərdən uzaqda dərs deyir, tıxacların bir səbəbi də budur
Müəllimlər yaşadığı yerlərdən uzaqda dərs deyir.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Deputat deyib ki, bu gün Bakıda orta məktəblərdə 150 mindən artıq müəllim çalışır: “Müəllimlər yaşadığı yerlərdən uzaqda dərs deyir, tıxacların yaranmasının bir səbəbi də budur. Məsələn, Yasamalda yaşayan müəllim Qaradağda, yaxud digər belə uzaq ərazilərə işləməyə gedir. 150 min müəllimin yerləşməsini elə sistemləşdirməliyik ki, o vaxtında məktəbə çata bilsin. Bu, məktəbdə dərsin keyfiyyətinə də təsir edir. Müəllimin də ailəsi var, sosial həyatı var. Bu məsələni həll edə bilməsək, təhsildə problemlər qalacaq”.
Oxşar xəbərlər
Nazir bir neçə ildir kənd məktəblərində iki min vakansiyanın seçilməməsinə münasibət bildirib
Laçının Sus kəndində ilk dərs günü - VİDEO
Bu gün Azərbaycanda ilk dərs günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
