Müflisləşmə barədə iddia ərizələrinin elektron formada hazırlanması imkanı yaradılıb
sizinxeber.az xəbər saytı

Müflisləşmə barədə iddia ərizələrinin elektron formada hazırlanması imkanı yaradılıb


Müflisləşmə barədə iddia ərizələrinin elektron formada hazırlanması və məhkəməyə göndərilməsi imkanı yaradılıb.

Ədliyyə Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində Vahid Məhkəmə Portalında müflisləşmə (iflas) barədə iddia ərizələrinin elektron formada hazırlanması və məhkəməyə göndərilməsi imkanı yaradılıb.
Bu funksionallıq vətəndaşlara və hüquqi şəxslərə iflas və müflisləşmə halları ilə bağlı məhkəməyə müraciət prosesini daha sadə və operativ şəkildə həyata keçirməyə şərait yaradır. İstifadəçilər portala daxil olaraq inteqrasiya olunmuş müvafiq elektron xidmət vasitəsilə iddia ərizəsini formalaşdıra, zəruri məlumat və sənədləri əlavə edə və həmin ərizəni birbaşa məhkəməyə göndərə bilərlər.
Müflisləşmə ilə bağlı iddia ərizəsinin tərtib edilmə qaydası və doldurulma mərhələləri ilə linkə keçid etməklə tanış olmaq olar.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

Oxşar xəbərlər

“Biznesin müflisləşməsi” İşçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilib
Azərbaycanda "Sağlamlaşdırma və müflisləşdirmə haqqında" yeni qanun layihəsi hazırlanır
Vahid Məhkəmə Portalında müflisləşmə sahəsində mübahisələrə dair hesabat hazırlanıb
Bəzi inzibati mübahisələr üzrə iddia ərizələrini elektron qaydada məhkəmələrə göndərmək mümkün olacaq
“Biznesin müflisləşməsi” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsi təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər