Sel təhlükəsi ilə bağlı tədbirlər keçirilib
Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən APA-ya verilən məlumata görə, bu çərçivədə Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli dağlıq və dağətəyi ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunmağın yolları barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Növbəti belə maarifləndirmə tədbirləri Gəncə Regional Mərkəzi tərəfindən Ağstafa, Daşkəsən, Göygol, Şəmkir, Samux rayonlarında və Gəncə şəhərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı, Qəbələ və Qax rayonlarında, Aran Regional Mərkəzi tərəfindən Ağdaş, Goranboy və Göyçay rayonlarının sel təhlükəli kəndlərində keçirilib.
Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.
Oxşar xəbərlər
Qəbələnin sel təhlükəli kəndlərində tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə Hallar Nazirliyi maarifləndirmə tədbirləri keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə hallarla bağlı davranış qaydaları barədə silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN davranış qaydaları ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












