Oğurluğa görə cəza sərtləşdirilir
Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cəza sərtləşdirilir, bu əmələ görə azadlıqdan məhrumetmə iki ildən üç ilə qaldırılır.
Sizinxeber.az xəbər verir ki, bu, Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilən Cinatyət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qüvvədə olan Məcəlləyə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edilib ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyasına üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təklif edilməsi, bu cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarılması və az ağır cinayət hesab edilməsinə səbəb olur.
Oxşar xəbərlər
Qanunsuz aborta görə cəzalar sərtləşdirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qanunsuz süni mayalanma və tibbi sterilizasiyaya görə cəzalar sərtləşdirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qanunsuz olaraq yaşıllıqları kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tibbi xidmətin göstərilməsi qaydalarını pozmaya görə yeni cəzalar müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qanunsuz olaraq yaşıllıqları kəsməyə görə cərimələr dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












