Ümummilli Lider Heydər Əliyev faktoru xalqımızın suverenlik və müstəqillik arzularının gerçəkləşdirilməsində həlledici amil olub
sizinxeber.az xəbər saytı

Ümummilli Lider Heydər Əliyev faktoru xalqımızın suverenlik və müstəqillik arzularının gerçəkləşdirilməsində həlledici amil olub


İstər XX əsrin əvvəlləri, istərsə də sonunda Azərbaycan öz müstəqilliyinə qovuşmaq imkanı qazandığı dönəmlərdə cərəyan edən proseslər göstərdi ki, bir dövlət üçün müstəqillik və suverenlik yolunda həlledici amillərdən biri də real şəraiti düzgün qiymətləndirməyi, dövlətin bütün resurslarını vahid məqsəd uğrunda səfərbər etməyi bacaran, geniş dünyagörüşlü, möhkəm əqidəli, həyatın çətin sınaqlarından çıxmış, ölkəsinə və xalqına bağlı olan, vətənpərvər və güclü liderin mövcudluğudur.

APA xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları” adlı məqaləsində yer alıb.

“Buna görə də 1980-ci illərin sonları – 1990-cı illərin əvvəllərində Azərbaycan yenidən müstəqilliyinə qovuşmaq fürsəti əldə edərkən, məhz Ümummilli Lider Heydər Əliyev faktoru xalqımızın suverenlik və müstəqillik arzularının gerçəkləşdirilməsində həlledici amil olmuşdur”, - deyə Samir Nuriyev vurğulayıb.

Oxşar xəbərlər

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar prospekt, küçə, meydan və metro stansiyalarına yeni adlar veriləcək
Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik müzakirəsi yoxdur
FHN-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirlər keçirilib
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hərbi təlimlər keçiriləcək
Milli Məclisin "Konstitusiya və Suverenlik İli” ilə əlaqədar bəyanatı qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər