FHN-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirlər keçirilib
sizinxeber.az xəbər saytı

FHN-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirlər keçirilib


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci, 2-ci, 3-cü və 4-cü ərazi Dövlət yanğın nəzarəti idarələrində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbirlər keçirilib.

Bu barədə Sizinxeber.az-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərdə çıxış edən natiqlər bildiriblər ki, Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunub. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30 ili tamam olacaq. Dövlətimizin başçısının Sərəncamı bu baxımdan da əlamətdardır.

Çıxışlarda, həmçinin ölkəmizin suverenliyinin bərpasının xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığı qeyd olunub. Vurğulanıb ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 23 saat davam edən və 2024-cü il sentyabrın 20-də başa çatan antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

Oxşar xəbərlər

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib - SƏRƏNCAM [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hərbi təlimlər keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
MM-in “Konstitusiya və Suverenlik İli”nə həsr olunan xüsusi iclasının vaxtı müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Spiker: Ərazi bütövlüyü və suverenliyimizin bərpası xalqımızın həyatında müstəsna əhəmiyyətli hadisədir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər