Konstitusiya Məhkəməsinin hakimi: Konstitusiya islahatları hər xalqın müstəqil hüququdur
“Azərbaycanın suverenliyinin bərpa edilməsi birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”.
Sizinxeber.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirdiyi elmi-praktik konfransda deyib.
Ceyhun Qaracayev bildirib ki, müasir, dünyəvi dəyərlərə cavab verən Konstitusiya 1995-ci ildə qəbul edilib və zamana, dövrə, güclü dövlət quruculuğu mərhələlərinə cavab verən Konstitusiya islahatları aparılıb: “Biz bilirik ki, suverenlik bütövlükdə xalqa mənsub bütün əraziləri əhatə etməlidir. Hamıya məlumdur ki, Azərbaycan 30 ildən çox dövlət suverenliyini bütün ərazilərində təmin olunmasından məhrum idi və böyük iqtisadi, mənəvi zərər çəkirdi. Yalnız Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən güclü dövlət konsepsiyası 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan silahlı qüvvələrini üzərində qalib gəlməsinə real şərait yaratmışdı. 2023-cü il 20 sentyabr tarixində isə bir günlük hərbi əməliyyat nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi. Beləliklə, Konstitusiyanın 30 illiyi ərəfəsində Konstitusiya islahatlarından danışarkən biz suverenliyin 30 illik bərpası prosesinə də toxunmalıyıq”.
O qeyd edib ki, Konstitusiya islahatları hər xalqın müstəqil hüququdur: “Cəmiyyətin inkişafının ifadə edilməsi, həmin inkişafa yeni təkən verilməsi, müvafiq dəyərlərin önə çıxarılması və s. məsələlər Konstitusiya islahatlarının keçirilməsinə səbəb ola bilər.
Yalnız Konstitusiya islahatları dövründə xalq bir suveren olaraq hüquq yaradıcılığında məqsədəmüvafiqlik prinsipindən çıxış edə bilir”.
Ceyhun Qaracayev əlavə edib ki, Azərbaycan xalqı hər Konstitusiya referendumunda müdriklik göstərək, suverenliyin bərpası, hüquqi dövlət quruculuğu, ədalət mühakiməsinin gücləndirilməsi, səmərəli idarəçilik üsullarının seçilməsi və s. addımlarla yüksək həmrəylik və fədakarlıq göstərib: “Nəticədə biz bu gün Azərbaycanın suverenliyin bərpasını və güclü dövlətin zəfərini görürük”.
Oxşar xəbərlər
Ziyafət Əsgərov: Konstitusiya islahatları davam edən prosesdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xanlar Vəliyev sabah Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi tövsiyə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












