Fərhad Abdullayev: İndiyə qədər Konstitusiya Məhkəməsi 591, Plenumu isə 172 qərar qəbul edib
Bakı Dövlət Universitetində "Konstitusiya- Dövlətimizin Müstəqilliyinin, Suverenliyinin və Ərazi Bütövlüyünün Qorunmasında Mühüm Hüquqi Bazadır" mövzusunda tədbir keçirilib.
APA xəbər verir ki, əvvəlcə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində baş məsləhətçisi Mətin Məmmədli çıxış edərək, Konstitusiyanın qəbuluna qədər ölkəmizdə baş verən proseslərdən bəhs edib.
O, Konstitusiyamızın qəbulunda Ulu Öndər Heydər Əliyevin misilsiz rolu barədə ətraflı məlumat verib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev dövlətin qurulması üçün xalqın dövlətçilik düşüncəsi, milli şüur və intellektual potensialının olmasının və bu potensialdan istifadənin əhəmiyyətindən bəhs edib: “Azərbaycan qarşıda dayanan çağırışlara yalnız sabit dövlət olaraq cavab verə bilər. Yeni ABŞ Administrasiyasının hakimiyyətə gəlməsi, eləcə də Rusiya-Ukrayna müharibəsinin gətirdiyi çağırışlara cavab verilməsində Konstitusiya və digər qanunverici aktlar mühüm rol oynayır”.
Bakı Dövlət Universitetinin prorektoru Hüseyn Məmmədov isə ərazi bütövlüyümüzün bərpasını Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində əsas amil olduğunu qeyd edib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev isə Konstitusiyanın əsaslarından bəhs edib.
O deyib ki, indiyə qədər məhkəmə 591, onun Plenumu isə 172 qərar qəbul edib: "Yeni reallıqlarla qarşılaşdıqca biz bilirik ki, Cənubi Qafqazda lider dövlətiksə, qarşımızdakı təhlükələri dəf etməyi bacarmalıyıq. 1997-ci ildə Konstitusiya Məhkəməsi Haqqında Qanun qəbul edilib və 1998-ci ildə Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb".
Maliyyə nazirinin birinci müavini Anar Kərimov bildirib ki, Konstitusiyada göstərilən sosial-iqtisadi hüquqların gündəlik həyatda tam miqyasda əksini tapması çox mühüm şərtdir.
Balıkesir Universitetinin rektoru Yücel Oğurlu isə beynəlxalq hüquq sisteminin əsas tələblərindən danışıb.
Avropa İnsan Haqları Məhkəməsinin hakimi Lətif Hüseynov isə Konstitusiyanın yalnız referendumla dəyişdirilməli olduğunu, bəzi müddəaların isə ümumxalq səsverməsinə çıxarılmasının mümkünsüzlüyünü diqqətə çatdırıb.
Oxşar xəbərlər
BMTM: Fransa-Azərbaycan münasibətlərinin səviyyəsinin yüksəldilməsi hər iki xalqın marağındadır
FHN-in Gəncə Regional Mərkəzində “Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” mövzusunda tədbir keçirilib
Konstitusiya Məhkəməsinin hakimi: Konstitusiya islahatları hər xalqın müstəqil hüququdur
FHN-in qurumlarında Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib
Konstitusiya Məhkəməsində MDB PA-nın müşahidəçiləri ilə görüş keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
