Azərbaycan neft koksunun ixracını 68 %-ə yaxın artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 81 min 424,38 ton neft koksu ixrac edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 32 milyon 714,24 min ABŞ dolları təşkil edib.
Bu, 2025-ci ilin ilk 4 ayı ilə müqayisədə müvafiq olaraq 67,54 % və 2,14 dəfə çoxdur.
Ötən 4 ay ərzində neft koksunun ölkənin ümumi ixracında payı 0,28 % olub.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Azərbaycanın neft koksunun ixracından qazancı 3 dəfəyə yaxın artıb
Azərbaycan neft koksunun ixracını 2 dəfəyə yaxın artırıb
Azərbaycan neft ixracını 9 %-ə yaxın artırıb
Azərbaycan I rübdə neft ixracını 7 %-dən çox artırıb
Azərbaycanın ixrac etdiyi neft məhsullarının həcmi 16 %-dən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
