Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının Koordinasiya iclası keçirilib
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanda Parlamentlərarası İttifaqın (PAİ) 150-ci Assambleyası çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclasında çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sizinxeber.az-ya verilən xəbərə görə, Milli Məclisin sədri bildirib ki, bu, Asiya Parlament Assambleyasının PAİ çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən üçüncü əlaqələndirmə iclasıdır.
Bu il 18-20 fevral tarixlərində Bakıda "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusuna həsr edilmiş Asiya Parlament Assambleyasının 15-ci Plenar iclasının keçirildiyini xatırladan Sahibə Qafarova 27 dövlətin və 7 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi tədbirin təşkilat daxilində əməkdaşlığın inkişafı, regional və beynəlxalq proseslərlə bağlı birgə marağımız olan müxtəlif məsələlər barədə fikir mübadiləsi aparmaq üçün dəyərli fürsət verdiyini bildirib. 15-ci iclas nəticəsində təşkilatın sıraları genişlənib, Oman Sultanlığının Şura Məclisi Asiya Parlament Assambleyasının tamhüquqlu üzvü olub və Belarus Respublikası Milli Məclisinin Respublika Şurası müşahidəçi statusu qazanıb. Eyni zamanda, həmin yığıncaqda Asiya Parlament Assambleyasının büdcəsinin formalaşdırılması barədə qərar qəbul edilməsi ilə bağlı razılığa gəlinib.
Milli Məclisin sədri bildirib ki, PAİ Assambleyası çərçivəsində Asiya Parlament Assambleyasının Koordinasiya iclasının keçirilməsi parlamentarilərimizin diqqətini qarşılıqlı maraq doğuran məsələlərə yönəltməyə və ümumi məqsədlərə nail olmaq üçün resurslarımızı səfərbər etməyə imkan verəcək.
Oxşar xəbərlər
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb
Sahibə Qafarova MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 57-ci plenar iclasında çıxış edib
Sahibə Qafarova: Asiya Parlament Assambleyasını gücləndirmək istəyirik
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
