Sahibə Qafarova: Asiya Parlament Assambleyasını gücləndirmək istəyirik
Bu platformanı gücləndirmək əsas niyyətimizdir.
APA xəbər verir ki, bunu Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının açılışında Assambleyanın Prezidenti, Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Sahibə Qafarova bildirib ki, Asiya Parlament Assambleyasının institusionalm potensialının inkişafı, Assambleyanın genişləndirilməsi Azərbaycanın sədrliyi dövründə əsas prioritetlərdir: “Asiya Parlament Assambleyasına Oman tamhüquqlü üzv, Belarus isə müşahidəçi statusunda qatılmaq üçün müraciət edib. Biz Asiya Parlament Assambleyasının büdcəsinin formalaşdırılmasıyla əlaqədar qərarla bağlı da konsensus əldə etməyə yaxınıq. Bu da Assambleyanın daha da gücləndirilməsinə şərait yaradacaq. Dünyadakı mövcud vəziyyəti nəzərə alaraq, dünyadakı çoxtərəfli əlaqələr heç vaxt bu qədər vacib olmayıb. Dünyamızın üzləşdiyi bütün bu çətinliklər və onlarla mübarizə aparmaq məsələsi önə çıxır”.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan bugünkü sistemin səmərəsizliyinin əsas qurbanlarından birinə çevrilmişdi: "Ölkəmiz öz ərazilərini azad edib, ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Biz bu məsələnin aktuallığına yaxşı bələdik. Dünyanın indi həqiqətən ehtiyacı olan məsələ beynəlxalq öhdəliklərə tam əməl olunmasıdır. Dünyada sülhə nail olmağın ən effektli yolu çoxtərəfli sistemi inkişaf etdirməkdir. Azərbaycan hər zaman səmərəli və inklüziv çoxtərəfli sistemin güclü tərəfdaşı olub. Dünya birliyinin yekdil dəstəyi ilə COP29-un təşkilatçı dövləti kimi seçilməsi, COP29-da qəbul edilən qərarlar ölkəmizin çoxtərəfliliyə sarsılmaz bağlılığının zirvəsi olub. Parlamentarizmin çoxtərəfli əməkdaşlığa cəlb olunması da bu yanaşmanın davamıdır. Milli Məclis müxtəlif parlamentlərarası təşkilatlarda təmsil olunur. Bu gün bizim parlamentimiz Asiya Parlament Assambleyasından başqa TÜRK PA, İƏT PA, Qoşulmama Hərəkatının Parlament şəbəkəsinə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinə sədrlik edir".
.
Oxşar xəbərlər
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb
Sahibə Qafarova MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 57-ci plenar iclasında çıxış edib
Bakıda Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasının açılış mərasimi keçirilib - FOTO - YENİLƏNİB
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Bakıda Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyası işinə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
