FHN-in Qarabağ Regional Mərkəzi yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə yanğın təhlükəsizliyinin təmin edilməsi işinin səmərəliliyinin daha da artırılması məqsədilə seminar-müşavirə keçirilib.
Bu barədə Sizinxeber.az-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, seminar-müşavirədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Qarabağ və Sumqayıt regional mərkəzlərinin məsul əməkdaşları, eləcə də regionda fəaliyyət göstərən müvafiq dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların səlahiyyətli nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan FHN Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev regionda yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarla qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Daha sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət general-mayoru Aqşin Kazımov çıxışında yanğınların başvermə səbəbləri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə geniş məlumat verərək, yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi sahəsində müəssisə və təşkilatların, habelə vətəndaşların üzərinə düşən vəzifələrdən söz açıb.
Tədbirdə çıxış edənlər yanğınların profilaktikası, baş vermiş yanğın hadisələrinin operativ qaydada qarşısının alınması üçün ərazilərin yanğına qarşı əməliyyat şəraitinin gündəlik nəzarətdə saxlanılması və bu istiqamətdə müvafiq qurumların qarşılıqlı fəaliyyətlərinin düzgün qurulmasının vacibliyini qeyd ediblər.
Seminar-müşavirədə mövzu ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib, aidiyyəti üzrə tapşırıqlar verilib.
Oxşar xəbərlər
COP29 ərəfəsində yanğın təhlükəsizliyi ilə əlaqədar tədbirlər müzakirə edilib
Cəbrayıl rayonunda əmək yarmarkası keçirilib
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti müşavirə keçirib - FOTO
Zəngilanda Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilib - FOTO - YENİLƏNİB
FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
