Bəzi ərazilərə qar yağıb - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Bəzi ərazilərə qar yağıb - FAKTİKİ HAVA


Martın 25-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Belə ki, düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 17, Qəbələdə 14, Şamaxıda 12, Şabranda 11, İsmayıllıda 8, Lerikdə 6, Altıağac, Şəki və Neftçalada 4, Oğuz eyni zamanda Bakıda və Abşeron yarımadasında 3, Xaçmaz və Yardımlıda 2, Ağsu, Şuşa, Biləsuvar, Kürdəmir, Göyçay, Tərtər və Balakəndə 1 mm-dək qeydə alınıb.

Dağlıq ərazilərdə isə qar yağıb, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 22, Qusarda (Laza) 18, Qubada (Qrız) 17, Şahdağda 9, Qaxda (Sarıbaş) 6, Xınalıqda 4, Xaltanda 3, Qobustanda 2 sm-dir.

Martın 24-də şimal-qərb küləyi əsib, küləyin sürəti Naftalanda 20, Mingəçevirdə 18, Şabran və Xaltanda 16 m/s-dək güclənib.

Dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Göyçay və Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda isə 8 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər

Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Yağış davam edir, bəzi yerlərdə 11 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
Dağlıq rayonlarda qar yağıb, 15 dərəcə şaxta olub - FAKTİKİ HAVA
Dağlıq ərazilərə qar yağıb, dənizdə dalğanın hündürlüyü 2.6 metrə çatıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, leysan və qar yağıb - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər