Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA


Martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir.

Bakıya və bölgələrə düşən yağıntının miqdarı nə qədərdir?

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11, Lerikdə 4, Oğuz və Qəbələdə 3, Şəkidə 2, Şabran, Xaçmaz, Şahbuz, Daşkəsən, Balakən, Yevlax, Neftçala, Biləsuvar və Yardımlıda 1 mm-dir.

Dağlıq ərazilərdə hava şəraiti necədir?

Dağlıq ərazilərə isə qar yağıb, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 24, Qusarda (Laza) 14, Qubada 12, Qaxda (Sarıbaş) 10, Şahdağda 8, Altıağac və Qobustanda 4, Xınalıqda 2, Xaltanda 1 sm-dir.

Martın 23-də saat 21:30-21:37 radələrində Ağsu rayonuna diametri 6 mm olan dolu düşüb.

Şamaxı, Qobustan, Şəki, Quba, Qusar, Qrız, Yevlax, Beyləqan, Lerik və Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu nə qədərdir?

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər

Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, leysan və qar yağıb - FAKTİKİ HAVA
Dağlıq rayonlarda qar yağıb, 15 dərəcə şaxta olub - FAKTİKİ HAVA
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Faktiki hava
Dağlıq ərazilərə qar yağıb, Bakı və Abşeronda külək güclənib - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər