Yağış davam edir, bəzi yerlərdə 11 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
Martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir.
Bakıya və bölgələrə düşən yağıntının miqdarı nə qədərdir?
Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11, Lerikdə 4, Oğuz və Qəbələdə 3, Şəkidə 2, Şabran, Xaçmaz, Şahbuz, Daşkəsən, Balakən, Yevlax, Neftçala, Biləsuvar və Yardımlıda 1 mm-dir.
Dağlıq ərazilərdə hava şəraiti necədir?
Dağlıq ərazilərə isə qar yağıb, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 24, Qusarda (Laza) 14, Qubada 12, Qaxda (Sarıbaş) 10, Şahdağda 8, Altıağac və Qobustanda 4, Xınalıqda 2, Xaltanda 1 sm-dir.
Martın 23-də saat 21:30-21:37 radələrində Ağsu rayonuna diametri 6 mm olan dolu düşüb.
Şamaxı, Qobustan, Şəki, Quba, Qusar, Qrız, Yevlax, Beyləqan, Lerik və Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu nə qədərdir?
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, leysan və qar yağıb - FAKTİKİ HAVA
Dağlıq rayonlarda qar yağıb, 15 dərəcə şaxta olub - FAKTİKİ HAVA
Şahdağ, Gədəbəy, Daşkəsən, Qrız, Xınalıqda qar yağıb
Bir sıra rayonlara intensiv yağış, qar yağıb – FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













