QHT-lər üçün “Qış məktəbi” təşkil olunacaq
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelər sahəsində bacarıqların inkişafı üzrə “Qış məktəbi” təşkil olunacaq
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 dekabrda Şamaxı şəhərində mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və fiziki şəxslər üçün “Qış məktəbi” keçiriləcəkdir.
Nazirlikdən Sizinxeber.az-ya verilən xəbərə görə, “Qış məktəbi” MYS sahəsində məlumatlılıq səviyyəsinin artırılması, effektiv layihə idarəedilməsi və strategiya qurma bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilir. İştirakçılar “Qış məktəbi”ndə MYS-nin prioritet istiqamətləri, eləcə də mədəniyyət siyasəti ilə bağlı biliklər əldə edəcək, MYS sahəsində şəbəkələşmə imkanı qazanacaqlar.
İştirak qeydiyyat vasitəsilə mümkündür. Qeydiyyat 11 dekabr saat 23.59-a qədər aktiv olacaq. Qeydiyyat üçün bu linkə daxil olmaq mümkündür.
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyi “Yaşıl STEAM Azərbaycan” Festivalında təmsil olunur
Füzulidə məktəblilərin yay düşərgəsi təşkil olunacaq
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
İƏT-in “Gənclər Paytaxtı” Şuşa şəhərində yaradıcılıq marafonunun qalibləri açıqlanıb
Bazarstore “Füzulidə yay məktəbi” layihəsində iştirak edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













