İT və proqramlaşdırma üzrə tələbə yaz düşərgəsi keçiriləcək
“Bir Könüllü” Tələbə Təşkilatı, “EESTEC JLC Baku” və “IAAS” təşkilatlarının birgə təşəbbüsü ilə 24-29 mart tarixlərində Qubada tələbələr üçün İT və proqramlaşdırma üzrə yaz düşərgəsi təşkil ediləcək.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, düşərgənin keçirilməsində əsas məqsəd informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin yarışma vasitəsilə bilik və bacarıqlarının artırılması, eləcə də tələbələr arasında əməkdaşlıq, komanda quruculuğu kimi xüsusiyyətlərin gücləndirilməsidir.
Düşərgə proqramlaşdırma dilləri (PHP, Python, Java, jаvascript) və sistem inzibatçılığı istiqamətləri üzrə keçiriləcək.
Düşərgədə ali təhsil müəssisələrinin kompüter elmləri və kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və əlaqəli ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura və doktorantura səviyyəsi üzrə təhsil alanlar və məzunlar iştirak edə bilərlər.
Müraciət zamanı namizədlər proqramlaşdırma və sistem inzibatçılığı sahələrindən birini seçməlidirlər.
Düşərgə iştirakçıları developer və sistem administratoru istiqamətlərində keçiriləcək ilkin imtahan əsasında seçiləcək.
Qeyd edək ki, qeydiyyat prosesi 9 mart tarixinədək davam edəcək.
Oxşar xəbərlər
Gənc hüquqşünaslar üçün qış düşərgəsi təşkil ediləcək
Şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsi keçirilir
BilBacar müsabiqəsi başlayır
Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində iki tələbə ilk dəfə Tacikistanda təhsil alacaq
“Maarifçi”lər nazirlik və tabe qurumlarında əmək fəaliyyətinə başlayıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
