Leyla Əliyeva Beynəlxalq Qadınlar Günü ilə bağlı veloyürüşdə iştirak edib - FOTO
Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə "İdman həftəsi" çərçivəsində martın 8-də Bakıda xanımların veloyürüşü keçirilib.
APA xəbər verir ki, müxtəlif sahələrdə çalışan xanımların iştirakı ilə baş tutan veloyürüş Dənizkənarı Bulvar ərazisində təşkil olunub.
Veloyürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.
Veloyürüşün təşkilində əsas məqsəd həvəskar xanım velosipedçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, ekoloji nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək və qadınları velosipeddən istifadəyə həvəsləndirməkdir. Veloyürüş zamanı xanımlar Azneft dairəsi - Dəniz Vağzalı marşrutu üzrə hərəkət ediblər.
Oxşar xəbərlər
“COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” yürüşü keçirilib - FOTO
Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikdə ağacəkmə aksiyasında iştirak edib - FOTO
Kapital Bank-ın 150 illik yubileyi münasibətilə veloyürüş: Yaşıl gələcəyə doğru birlikdə yola çıxdıq
Leyla Əliyeva Bəhreynin neft və ətraf mühit naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












