FHN Şuşa şəhər 1 nömrəli məktəbdə maarifləndirmə tədbiri keçirib
sizinxeber.az xəbər saytı

FHN Şuşa şəhər 1 nömrəli məktəbdə maarifləndirmə tədbiri keçirib


Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Şuşa şəhər 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə məktəb kollektivinə müvafiq biliklərin verilməsi olub.

Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.

Oxşar xəbərlər

Fövqəladə Hallar Nazirliyi maarifləndirmə tədbirləri keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN davranış qaydaları ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN silsilə maarifləndirmə tədbirləri keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə hallarla bağlı davranış qaydaları barədə silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər