Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb - FOTO
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, bu gün 21 ailə, 119 nəfər keçmiş məcburi köçkün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində doğma yurda qovuşub.
Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
***
11.46
Xocalı rayonunun Ballıca kəndinə ikinci köç yola salınıb.
Sizinxeber.az xəbər verir ki, köç bu gün - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində baş tutur.
Bu gün Ballıca kəndinə 21 ailənin - 119 nəfərin köçürülməsi nəzərdə tutulub. Keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı öz doğma torpaqlarında qeyd edəcəklər.
Ölkənin müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər kəndə yola salınıb.
Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.
Xatırladaq ki, dekabrın 13-də 27 ailə - 152 nəfər Ballıca kəndinə köçürülüb.
Oxşar xəbərlər
Xocalının Ballıca kəndinə növbəti köç yola salınıb
Növbəti köç karvanı Laçın şəhərinə çatıb - FOTO - YENİLƏNİB
Köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB
Növbəti köç karvanı Şuşaya çatıb - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
